Please add some widget in Offcanvs Sidebar
Bazar ertəsi- Cümə:9am - 6pm
Həftə sonu:9am - 5pm
Terapevtik endoskopik prosedurlar – cərrahi əməliyyata ehtiyac olmadan, minimal invaziv üsullarla bir çox mədə-bağırsaq xəstəliklərinin müalicəsini mümkün edən qabaqcıl tibbi texnikalardır. Klinikamızda bu prosedurlar ixtisaslaşmış endoskopist həkimlər tərəfindən, ən müasir tibbi avadanlıqlarla həyata keçirilir.
ERCP (Endoskopik Retrograd Xolangiopankreatoqrafiya): Öd yolları və pankreas axarlarında tıxanma, daş və daralmalara müdaxilə.
EMR (Endoskopik Mukoz Rezeksiya): Selikli qişanın erkən mərhələli şiş və ya poliplərinin çıxarılması.
ESD (Endoskopik Submukozal Disseksiya): Daha dərin və geniş yayılmış lezyonların tam çıxarılması üçün inkişaf etmiş texnika.
POEM (Peroral Endoskopik Miyotomiya): Yemək borusu hərəkət pozğunluqları (məsələn, axalaziya) üçün effektiv və kəsiksiz müalicə üsulu.
Qida borusunda stent yerləşdirilməsi: Daralmalar və ya obstruksiyaların aradan qaldırılması məqsədilə.
Qida borusu və mədədə varikoz venaların bandlanması və skleroterapiya: Qaraciyər sirrozu və hipertoniya fonunda yaranan qanaxmaların qarşısının alınması.
Mədə-bağırsaq qanaxmalarının endoskopik yolla dayandırılması: Təcili müdaxilə tələb edən hallar üçün effektiv yanaşma.
Mədə balonunun yerləşdirilməsi: Arıqlamaq məqsədilə müvəqqəti mədə həcmi məhdudlaşdırması.
Bezoar və yad cisimlərin çıxarılması: Qida və ya dərman yığılmalarının və təsadüfi udulan obyektlərin təmizlənməsi.
Öd yollarının stentlənməsi: Xolestaz, şiş və ya daş səbəbli tıxanıqlıqların aradan qaldırılması.
Qastrostoma yerləşdirilməsi (PEG): Qidalanma çətinliyi olan pasiyentlər üçün uzunmüddətli qidalanma dəstəyi.
Təcrübəli endoskopistlər və anesteziya komandası
Real vaxt izləmə və riskə minimallaşdırılmış müdaxilə texnologiyaları
Steril və nəzarətli mühitdə prosedur
Qısa reabilitasiya dövrü və minimal ağrı
Beynəlxalq standartlara uyğun protokollar
Diaqnozla təsdiqlənmiş mədə-bağırsaq qanaxmaları
Öd yollarında daş və ya daralma
Yemək borusu və mədə varikozları
Xroniki arıqlamaq məqsədilə pəhrizlə nəticə əldə edə bilməyən şəxslər
Mədədə və ya bağırsaqda şiş, polip və ya xoşxassəli törəmələr
Endoskopik prosedurlar sayəsində artıq bir çox kompleks həzm sistemi problemi cərrahi əməliyyatsız, təhlükəsiz və effektiv şəkildə müalicə edilə bilir. Əgər həkiminiz sizə belə bir müdaxilə tövsiyə edibsə və ya yuxarıda sadalanan əlamətlərə sahibsinizsə, bizimlə əlaqə saxlayaraq ilkin konsultasiyaya yazıla bilərsiniz.
Söhbətə qoşul!